İsraildə İranın zərbələri nəticəsində bir nəfər ölüb, 120-dən çox şəxs yaralanıb - YENİLƏNİB
İranın İsrailə endirdiyi zərbələr nəticəsində bir nəfər ölüb, daha 121 nəfər isə yaralanıb.
"Far.Az" xəbər verir ki, bu barədə CNN təcili yardım xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, yaralıların əksəriyyətinin vəziyyəti yüngül, iki nəfərin vəziyyəti isə orta ağırdır.
İranın zərbələri nəticəsində İsrailin paytaxtı Təl-Əvivdə 40 yaşlı bir qadın ölüb, daha 20 nəfər isə yaralanıb.
"Far.Az" xəbər verir ki, bu barədə yerli 12-ci kanalı təcili yardım xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, yaralılardan birinin vəziyyəti ağırdır, daha üç nəfərə orta dərəcəli xəsarət diaqnozu qoyulub, 16 nəfər isə yüngül xəsarətlər alıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti olaraq bağlayıb.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?













