ABŞ, Çin və Rusiya liderlərinin üçtərəfli görüşü başa çatıb - Yenilənib
Far.Az xəbər saytı

ABŞ, Çin və Rusiya liderlərinin üçtərəfli görüşü başa çatıb - Yenilənib


Şençjendə ABŞ, Çin və Rusiya liderləri Donald Tramp, Si Cinpin və Vladimir Putinin üçtərəfli görüşü başa çatıb.

Bu barədə "Far.Az" Rusiya mediasına istinadən xəbər verir.

Məlumata görə, görüş 1,5 saat davam edib.

Şençjendə ABŞ, Çin və Rusiya liderləri Donald Tramp, Si Cinpin və Vladimir Putinin üçtərəfli görüşü başlayıb.

"Far.Az" xəbər verir ki, danışıqlar Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində keçirilir.

Bu, üç liderin qeyd olunan formatda ilk rəsmi görüşüdür.

Gündəlikdə beynəlxalq təhlükəsizlik və nüvə tərksilahı məsələlərinin əsas müzakirə mövzuları olacağı gözlənilir. Bundan başqa, liderlər İran ətrafındakı vəziyyətə, Ukraynadakı müharibəyə və ticari-iqtisadi əməkdaşlığın perspektivlərinə də toxuna bilərlər.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp nüvə silahlarının azaldılmasını müzakirə etmək niyyətində olduğunu bildirmişdi. Vaşinqtonda qeyd ediblər ki, danışıqların mövzularından biri İran ətrafındakı vəziyyət olacaq.

Ötən gün APEC sammiti çərçivəsində Si Cinpin və Vladimir Putin ikitərəfli danışıqlar aparıb və Rusiya-Çin əməkdaşlığını gücləndirmək niyyətlərini təsdiqləyiblər. Daha sonra onlara Donald Tramp da qoşulub: liderlər sammit iştirakçılarının rəsmi qəbulu mərasimindən əvvəl bir-birini salamlayıblar.

Həmçinin Tramp bu gün Si Cinpin və Putinlə ayrı-ayrılıqda görüş keçirib. Liderlər danışıqların yekunlarından məmnunluqlarını ifadə ediblər.

"Reuters"in məlumatına görə, üçtərəfli danışıqlara bir saat vaxt ayrılıb. Rusiya daha əvvəl birgə bəyanatın layihəsi ilə bağlı təkliflərini Çinə təqdim etsə də, tərəflərin yekun sənədi razılaşdıra bilib-bilməyəcəyi hələlik məlum deyil.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - Yenilənib-4
AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər