Azərbaycan Güləş Federasiyasında uşaqlar üçün ekskursiya təşkil olunub
Azyaşlı uşaqların Azərbaycan Güləş Federasiyasının (AGF) təlim-məşq bazasına ekskursiyası təşkil edilib.
Bu barədə "Far.Az"a AGF-dən məlumat verilib.
Özəl uşaq bağçalarından biri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən ekskursiya zamanı sərbəst güləş üzrə U-17 milli komandanın böyük məşqçisi, 2 qat olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu Hacı Əliyev uşaqlara bələdçilik edərək onları məşq zalı ilə tanış edib, milli komandanın gündəlik hazırlıq prosesi barədə məlumat verib.
Balaca qonaqlar peşəkar idmançıların məşq prosesini yaxından izləmək və güləş mühiti ilə tanış olmaq imkanı əldə ediblər.
Daha sonra sərbəst güləş üzrə U-20 milli komandanın məşqçisi Əsgərxan Novruzov güləşə yeni başlayanlar üçün nəzərdə tutulan bir sıra ilkin texniki elementləri nümayiş etdirib. Uşaqlara idmanın fiziki inkişaf, intizam və sağlam həyat tərzinin formalaşmasındakı rolu barədə də məlumat verilib.
Ekskursiyanın sonunda Hacı Əliyev və sərbəst güləş üzrə milli komandanın böyük məşqçisi, olimpiya və dünya mükafatçısı, 3 qat Avropa çempionu Cəbrayıl Həsənovun iştirakı ilə imza mərasimi keçirilib. Uşaqlar məşqçilərlə xatirə şəkilləri çəkdirərək ekskursiyanı xoş təəssüratlarla başa vurublar.
AGF bu tip tədbirlər vasitəsilə uşaqlar arasında güləşə və ümumilikdə idmana marağın artırılmasını, sağlam həyat tərzinin təşviqini və idmanın kütləviləşdirilməsini dəstəkləyir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













