Rəsmi Astana: Qazaxıstan Yaxın Şərq böhranında heç bir tərəfi dəstəkləmir
Far.Az xəbər saytı

Rəsmi Astana: Qazaxıstan Yaxın Şərq böhranında heç bir tərəfi dəstəkləmir


Qazaxıstan neytralitet siyasətinə tərəfdardır və Yaxın Şərqdəki münaqişədə heç kimin tərəfini tutmur.

"Report" Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər nazirinin müavini Alibek Bakayev bildirib.

"Qazaxıstanın mövqeyi üçüncü dövlətlərin işlərinə qarışmamaqdır və bu mövqeyini qoruyub saxlayacaq. Buna görə də bu halda biz heç kimin - nə İranın, nə də hücuma məruz qalmış ölkələrin tərəfini tutmuruq. Biz istəyirik ki, bu cür münaqişələr, xüsusilə hərbi münaqişələr olmasın. Əgər münaqişələr yaranarsa, onlar diplomatiya masası arxasında həlli olunmalıdır", - Bakayev bildirib.

Onun sözlərinə görə, rəsmi Astana ardıcıl olaraq bu cür münaqişələrin yalnız beynəlxalq hüquq çərçivəsində və BMT Nizamnaməsinə uyğun şəkildə nizamlanmasının tərəfdarıdır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər