İran Yaxın Şərqin iqtisadi mərkəzlərinə zərbələr endirməklə hədələyib
İran ABŞ və İsrailin hücumları dayanmayacağı təqdirdə Yaxın Şərqin bütün iqtisadi mərkəzlərinə zərbələr endirməklə hədələyib.
"Far.Az" xəbər verir ki, bu barədə "Al Jazeera" İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Ebrahim Cabbarinin bəyanatına istinadən məlumat yayıb.
"Biz düşməni xəbərdar edirik: əgər o, bizim əsas mərkəzlərimizə zərbə endirmək qərarına gəlsə, biz regionun bütün iqtisadi mərkəzlərinə zərbələr endirəcəyik", - Cabbari deyib.
O, həmçinin qeyd edib ki, İran Hörmüz boğazını bağlamaqla artıq iqtisadiyyata təzyiq göstərir.
"Biz Hörmüz boğazını bağlamışıq. İndi neftin qiyməti 80 dolları ötür və tezliklə 200 dollara çatacaq", - Cabbari bildirib.
"Al Jazeera" qeyd edib ki, Hörmüz boğazından dünya neft ticarətinin təxminən beşdə biri, həmçinin Qətər və Birləşmiş Ərəb Əmirliklərindən əhəmiyyətli həcmdə mayeləşdirilmiş təbii qaz ixracı keçir. Bu dəniz dəhlizi vasitəsilə dünya gündəlik neft istehlakının təxminən 20 %-i daşınır, bu da gündə təxminən 20 milyon barel təşkil edir.
Oxşar xəbərlər
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?
-
Rahim Sterlinqin cəzası məlum oldu













