İsrail ordusu Beyrutda "Hizbullah"ın hərbi infrastrukturuna zərbələr endirib
Far.Az xəbər saytı

İsrail ordusu Beyrutda "Hizbullah"ın hərbi infrastrukturuna zərbələr endirib


İsrail Müdafiə Ordusu Beyrutun cənubundakı Dahiyəyə 26-cı zərbə dalğasını başa çatdırıb, "Hizbullah" hərəkatının komanda mərkəzi və pilotsuz uçuş aparatları (PUA) olan anbar vurulub.

"Far.Az" xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətinin məlumatında bildirilib.

"Əməliyyat başlayandan bəri Dahiyə rayonunda 26 zərbə dalğası həyata keçirilib. İsrail Müdafiə Ordusu gecə saatlarında "Hizbullah"ın komanda mərkəzlərinə və Beyrutda "Hizbullah"ın hərbi infrastrukturu olan 10 binaya zərbələr endirib", - məlumatda qeyd edilib.

Bildirilib ki, gecə saatlarında həyata keçirilən hücum zamanı "Hizbullah"ın İcraiyyə Şurasının komanda məntəqəsi və PUA-larının saxlanıldığı anbarı vurulub.

Oxşar xəbərlər

İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Vaşinqtonda Sülh Şurasının ilk iclası başa çatıb
Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər