Ceyhun Bayramov: İran məsələni araşdırmağa ciddi şəkildə söz verdi, biz də nəticələri gözləyirik
Prezident İlham Əliyevin dünənki fikirləri açıq bir mesajdır.
Far.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mixay Popşoi ilə birlikdə Bakıda mətbuat üçün brifinqdə martın 5-də Təhlükəsizlik Şurasında Prezident İlham Əliyevin İranın Naxçıvana dron hücumu ilə bağlı bəyanatlarına toxunarkən deyib.
"Dünən İran XİN rəhbəri ilə telefon danışığımızda məsələni müzakirə etdik. İran tərəfi məsələni ciddi şəkildə araşdırmağa söz verdi, biz də nəticələri gözləyirik",-deyə nazir əlavə edib.
C.Bayramov həmçinin bildirib ki, dövlət başçısı ötən gün baş verən dron hücumu ilə bağlı müvafiq tapşırıqlar verib:
"Artıq hadisə ilə bağlı diplomatik addımlar atılıb, nota verilib, həmkarımla telefon danışığımız olub. Artıq məsələ ilə bağlı İran tərəfindən araşdırmanın başladılması ümumi prosesdir. Azərbaycanın təhlükəsizliyi yüksək səviyyədə dövlət başçısının nəzarəti altındadır".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













