DMM: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
Bölgədə baş verən son hadisələri nəzərə alaraq, bəzi platformalarda, xüsusən də sosial mediada Türkiyə-Azərbaycan münasibətlərini və Azərbaycanın özünü hədəf alan həddindən artıq dezinformasiya və təxribatı ehtiva edən paylaşımlar müşahidə olunub.
"Report" xəbər verir ki, bu məlumatı Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin Dezinformasiya ilə Mübarizə Mərkəzi yayıb.
Bildirilib ki, sarsılmaz tarixi və ortaq dəyərlərlə bir-birinə möhkəm bağlı olan Türkiyə və Azərbaycan, təkcə bu gün deyil, keçmişdə də dəfələrlə üzləşdiyi sınaqlardan uğurla çıxıb: "Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən liderlik səviyyəsində aparılan ikitərəfli münasibətlər bütün səviyyələrdə "Bir Millət, İki Dövlət" şüarı altında həyata keçirilir.
İctimaiyyətdən məqsədlərindən kənara çıxan və bu qardaşlığa zərər verə biləcək açıqlamalara, dezinformasiyalara və qarayaxma kampaniyasına qarşı daha həssas olmaları və Türkiyə və Azərbaycan hakimiyyətlərinin vacib məsələlərlə bağlı verdiyi açıqlamaları nəzərə almaları xahiş olunur".
Son günlerde bölgemizde yaşanan gelişmelerle ilişkili olarak, sosyal medya başta olmak üzere bazı mecralarda Türkiye ve Azerbaycan ilişkilerine ve Azerbaycan’a yönelik maksadını aşan eleştiri, dezenformasyon ve provokasyon içeren paylaşımlar yapıldığı görülmektedir.
— Dezenformasyonla Mücadele Merkezi (@dmmiletisim) March 7, 2026
Sarsılmaz… pic.twitter.com/Ju1gUzauDi
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Trampla Ərdoğan arasında telefon danışığı olub
-
Maçado: ABŞ Venesuelada seçkilərin 2027-ci ildə keçirilməsini təklif edib
-
Vensan Kompani bu tarixə qədər "Bavariya"nı çalışdıra bilməyəcək
-
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
-
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
-
Ceyranbatanda məktəbin 10 şagirdi zəhərlənib: Popkorndan şübhələnilir













