Azərbaycanın stolüstü tennisçiləri Almaniya və Çexiyada beynəlxalq turnirlərdə iştirak edəcəklər
Far.Az xəbər saytı

Azərbaycanın stolüstü tennisçiləri Almaniya və Çexiyada beynəlxalq turnirlərdə iştirak edəcəklər


Azərbaycanın stolüstü tennisçiləri martın 9-dan 15-dək Almaniyanın Berlin və Çexiyanın Havirov şəhərlərində keçiriləcək "WTT Youth Contender" turnirlərində iştirak edəcəklər.

"Report" xəbər verir ki, yarışlarda gənclərdən ibarət seçmə komandaların baş məşqçiləri Elnur Hidayətzadə və Ramin Cəfərovun rəhbərliyi ilə 6 idmançı qüvvəsini sınayacaq.

Onur Quluzadə, Ələkbər Mirzəliyev və Cəfər Almədədli oğlanların, Yağmur Məmmədli, Mehin Mirzəbalayeva və Yasəmən Həbibova qızların yarışında mübarizə aparacaqlar.

Qeyd edək ki, turnirlər U-17, U-15, U-13 və U-11 yaş dərəcələri üzrə keçiriləcək.

Oxşar xəbərlər

"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Azərbaycanın stolüstü tennisçiləri “WTT Youth Contender” turnirini 3 medalla başa vurub
Azərbaycan stolüstü tennisçiləri “WTT Youth Contender” turnirində üç bürünc medal qazanıblar
ABŞ-nin böyük şəhərlərində Zəfər Günü qeyd olunur
Azərbaycanın stolüstü tennisçiləri Qətərə yollanıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər