Britaniya Hörmüz boğazına qırıcı təyyarələr və hərbi gəmi göndərəcək
Far.Az xəbər saytı

Britaniya Hörmüz boğazına qırıcı təyyarələr və hərbi gəmi göndərəcək


Böyük Britaniya Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi üzrə müdafiə missiyasında iştirak üçün pilotsuz uçuş aparatları (PUA), qırıcı təyyarələr və hərbi gəmi göndərəcək.

"Far.Az" "Reuters"a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın müdafiə naziri Con Hili missiyada iştirak edən digər ölkələrdən 40-dan çox həmkarının qatıldığı onlayn sammit zamanı bildirib.

"Böyük Britaniya Hörmüz boğazında şərait imkan verən kimi başladılacaq beynəlxalq hərbi missiya çərçivəsində pilotsuz mina axtarışı vasitələri, minatəmizləyən gəmi, yüksəksürətli katerləri, "Eurofighter Typhoon" qırıcılarını və "HMS Dragon" esminesini təqdim edəcək. Bu missiya müdafiə xarakterli, müstəqil və etibarlı olacaq", - bəyanatda deyilir.

Regionda mövcud müdafiə əməliyyatları çərçivəsində artıq 1000-dən çox Britaniya hərbi qulluqçusu, o cümlədən PUA ilə mübarizə qrupları və qırıcı eskadrilyaları yerləşir.

Qeyd olunub ki, Böyük Britaniyanın töhfəsi minatəmizləyən gəmi və dronlara qarşı mübarizə sistemləri üçün 155,53 milyon dollar məbləğində yeni maliyyələşdirmə hesabına təmin ediləcək.

"Beləliklə, London regional gərginliyin kəskinləşdiyi şəraitdə kommersiya gəmiçilik şirkətlərini naviqasiya azadlığına sadiqliyinə inandırmağa çalışır", - agentlik qeyd edib.

Oxşar xəbərlər

Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib
Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Türkiyə və Britaniya müdafiə nazirləri "Eurofighter Typhoon" qırıcılarının tədarükünü müzakirə edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər