Tramp: İrana qarşı əməliyyatın dayandırılması qərarı Netanyahu ilə birgə veriləcək
Far.Az xəbər saytı

Tramp: İrana qarşı əməliyyatın dayandırılması qərarı Netanyahu ilə birgə veriləcək


ABŞ Prezidenti Donald Tramp bildirib ki, İrana qarşı hərbi əməliyyatın dayandırılması barədə qərar İsrailin baş naziri Binyamin Netanyahu ilə birlikdə veriləcək.

"Far.Az"un məlumatına görə, o, bunu "The Times of Israel" qəzetinə müsahibəsində deyib.

"Düşünürəm ki, bu, birgə qərardır. Bir az", - Tramp qərarı təkbaşına, yoxsa Netanyahu ilə birlikdə verəcəyi ilə bağlı suala cavab verib.

"Qərarı uyğun vaxtda verəcəyəm, amma hər şey nəzərə alınacaq", - Amerika lideri əlavə edib.

İsrailin ABŞ-nin iştirakı olmadan əməliyyatı davam etdirməsi ehtimalı ilə bağlı suala Tramp belə cavab verib: "Düşünmürəm ki, bu, lazım olacaq".

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki obyektlərə hücum edərək, genişmiqyaslı cavab əməliyyatı başladığını açıqlayıb. Həmçinin ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də zərbələrə məruz qalıb.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər