Brüsseldəki "Azərbaycan Evi"ndə Beynəlxalq Qadınlar Günü qeyd olunub
Far.Az xəbər saytı

Brüsseldəki "Azərbaycan Evi"ndə Beynəlxalq Qadınlar Günü qeyd olunub


Brüsseldə fəaliyyət göstərən "Azərbaycan Evi"ndə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

"Far.Az"un Avropa bürosu ölkəmizin Belçikadakı səfirliyinə istinadən xəbər verir ki, tədbir "BUTAM" Azərbaycan Mədəniyyət Assosiasiyası və "Azərbaycan" Evi tərəfindən təşkil olunub.

"BUTAM"ın rəhbəri Yasəmən Abbasi təşkilatın fəaliyyəti və həyata keçirilən layihələr barədə danışıb. O, həmçinin iştirakçıları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib və xaricdə yaşayan azərbaycanlı qadınların və onların ailələrinin bir araya gəlməsi üçün bu cür görüşlərin vacibliyini vurğulayıb.

İştirakçılar birgə bədii tablonun yaradılmasında iştirak ediblər. Qonaqlara həmçinin hədiyyələr təqdim olunub.

Təşkilatçıların fikrincə, bu cür görüşlər xaricdə yaşayan azərbaycanlıların birliyinə, milli dəyərlərin qorunub saxlanmasına və mədəniyyətimizin dünyada tanıdılmasına mühüm töhfə verir.

Oxşar xəbərlər

Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər