Müctəba Xameneyinin hakimiyyətində İran inkişaf edəcək, yoxsa böhran dərinləşəcək?
"Azad İran" "YouTube" kanalı Ayətullah Əli Xameneyinin ölümündən sonra ölkənin yeni ali rəhbəri seçilən Müctəba Xameneyinin İranı hansı istiqamətə aparacağı ilə bağlı sujet hazırlayıb.
Far.Az xəbər verir ki, sujetdə qeyd olunur ki, ABŞ və İsrailin İrana hücumu nəticəsində Ayətullah Əli Xameneyinin həlak olmasından 10 gün sonra onun oğlu Müctəba Xameneyi ölkənin üçüncü ali rəhbəri seçilib. Gün ərzində İnqilab Keşikçiləri Korpusu, Ordu, Kəşfiyyat Nazirliyi və Xarici İşlər Nazirliyi də daxil olmaqla bir sıra dövlət qurumları, həmçinin tanınmış dini və siyasi fiqurlar yeni rəhbərə beyət etdiklərini bildiriblər.
Məlumata görə, paytaxt Tehranda və digər şəhərlərdə insanlar məscidlərdə və meydanlarda toplaşaraq yeni rəhbərin seçilməsini alqışlayıblar.
Süjetdə bildirilir ki, mitinqlərdə əvvəlki "Allahu əkbər, Xameneyi rəhbər" şüarı ilə yanaşı, "Tanrının əli əyan oldu, Xameneyi cavan oldu" şüarı da səsləndirilib. Bu şüarın hakimiyyətdə varisliyə işarə etməklə yanaşı, cəmiyyətdə yeniləşmə və dəyişiklik gözləntilərini ifadə etdiyi qeyd olunur.
Eyni zamanda, İranın tanınmış siyasi fiqurlarından biri Əli Laricani "X" platformasında paylaşım edərək Müctəba Xameneyinin rəhbərliyi dövründə ölkənin inkişaf yoluna qədəm qoyacağına ümid etdiyini bildirib.
Süjetdə əsas sualın yeni rəhbərin İranı yumşalma və inkişaf istiqamətinə aparıb-aparmayacağı, yoxsa ölkədə sərtləşmə və böhranın dərinləşib-dərinləşməyəcəyi olduğu vurğulanır.
Oxşar xəbərlər
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi müzakirə olunub













