"Axios": ABŞ İsraili İrandakı energetika obyektlərinə hücum etməməyə çağırıb
ABŞ İsraildən İranın energetika və neft infrastrukturuna hücumları dayandırmağı xahiş edib.
"Report" xəbər verir ki, bu barədə "Axios" nəşri mənbələrə istinadən məlumat yayıb.
Portalın məlumatına görə, Ağ Ev müvafiq mesajı İsrail rəhbərliyinə və İsrail Müdafiə Qüvvələrinin (İMQ) Baş Qərargahına çatdırıb.
KİV qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası çəkindirmə üçün üç əsas səbəb sadalayıb: birincisi, Tramp münaqişədən sonra İranın neft sektoru ilə əməkdaşlıq etmək istərdi; ikincisi, ABŞ İranın Fars körfəzinin digər ölkələrindəki energetika infrastrukturuna kütləvi cavab zərbəsi endirəcəyindən ehtiyat edir; üçüncüsü, İranın energetikasına endirilən zərbələr yerli əhaliyə zərər vuracaq.
"Axios" yazıb ki, Tramp İranın neft infrastrukturunun tamamilə məhv edilməsini yalnız Tehranın Fars körfəzindəki yanacaq obyektlərinə qəsdən etdiyi hücuma cavab olaraq tətbiq olunmalı son tədbir kimi nəzərdən keçirir.
Ağ Evdə, İsrailin Vaşinqtondakı səfirliyində və İMQ-də məlumatı şərh etməyiblər.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər













