Neuralink yeni neyroimplant sınaqlarına icazə alıb
Amerikalı milyarder İlon Maskın təsis etdiyi Neuralink şirkəti insan beyninə implantasiya edilən neyrokompüter interfeyslərinin tədqiqi üzrə yeni mərhələyə keçid üçün icazə alıb.
"Far.Az" xəbər verir ki, şirkətin yaydığı bəyanata əsasən, ABŞ-nin Qida və Dərman Administrasiyası (FDA) LINK adlı ilk əsas klinik tədqiqatın başlanmasına razılıq verib.
Tədqiqatın məqsədi yan amiotrofik skleroz (YAS) nəticəsində ağır iflic vəziyyətinə düşmüş pasiyentlərdə Neuralink neyrokompüter interfeysinin təhlükəsizliyini və effektivliyini qiymətləndirməkdir.
Şirkətdən bildirilib ki, araşdırma ABŞ, Böyük Britaniya və Kanadada davam edən ilkin klinik sınaqların nəticələrinə əsaslanacaq. Həmin sınaqlarda beyin implantı yerləşdirilmiş 30-dan çox iştirakçı neyrokompüter interfeysindən ümumilikdə minlərlə saat istifadə edib.
Neuralink hesab edir ki, LINK tədqiqatının təsdiqlənməsi implantasiya edilən neyrokompüter interfeysi texnologiyasının kommersiyalaşdırılması istiqamətində mühüm addımdır. Texnologiyanın ağır nevroloji xəstəliklərdən əziyyət çəkən insanlara müstəqil fəaliyyət qabiliyyətini bərpa etməyə və ünsiyyət imkanlarını genişləndirməyə kömək edəcəyi gözlənilir.
İlon Mask daha əvvəl bildirmişdi ki, gələcəkdə Neuralink-in neyroimplantları iflic olmuş insanlara yenidən yerimək və əllərindən istifadə etmək imkanı verə bilər.
Oxşar xəbərlər
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?













