Zelenski: Bəşəriyyət üçüncü dünya müharibəsinə hazır deyil
Dünya üçüncü dünya müharibəsinə hazır deyil və qlobal münaqişə halında təkcə dronlara və raketlərə deyil, həm də quru əməliyyatlarının aparılması təcrübəsinə arxalanmaq lazımdır.
"Far.Az" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski irlandiyalı bloqer Keylin Robertsona müsahibəsində deyib.
"Texniki baxımdan Avropa kifayət qədər hazır deyil, yalnız bəzi ölkələr. Bəli, onlar bu yoldadırlar. Almanlar çox sürətlə hərəkət edirlər, lakin bu, bu il bu kimi çağırışlara hazırlaşmaq üçün kifayət deyil. Şimal ölkələri çox texnolojidir. Mən Şimali Avropanı nəzərdə tuturam, onlar hazırdırlar", - deyə o qeyd edib.
Onun fikrincə, ABŞ-nin güclü ordusu var: "Lakin raket və dron müharibəsini canlı qüvvə ilə quru əməliyyatlarının aparılmasından fərqləndirmək vacibdir. Böyük müharibə halında - bu amilləri də nəzərə almaq lazımdır. Burada quru müharibələri təcrübəsi lazımdır".
Zelenski həmçinin bildirib ki, bu gün Ukraynanın malik olduğu kimi quru əməliyyatları aparmaq təcrübəsi heç bir ölkədə yoxdur:
"Çox sayda insan itkiləri, yeni texnologiyalar, yeni müharibə. Buna görə də hesab edirəm ki, bəşəriyyət dünya müharibəsinə hazır deyil. Çünki dünya müharibəsi - təkcə dronlar və raketlər deyil. Bu, quru qüvvələri ilə, qurudan hücum addımları və qlobal miqyasda itkilərlə olacaq".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər













