AP üzvü həmkarlarına irad bildirib: 2008-ci ildə Gürcüstana hücum olunanda harada idiniz
Far.Az xəbər saytı

AP üzvü həmkarlarına irad bildirib: 2008-ci ildə Gürcüstana hücum olunanda harada idiniz


Avropa Parlamentinin (AP) üzvü Kristian Teres bildirib ki, Gürcüstan məsələsi AP-də müzakirə olunarkən əsasən tənqidlər səsləndirilir, amma bu yanaşma ölkəyə kömək etmir.

"Far.Az"un Gürcüstan bürosu xəbər verir ki, Avropa Parlamentinin üzvü bu fikirləri "Elene Xoştariya işi və "Gürcü Arzusu" hökumətinin siyasi məhbusları" mövzusunda keçirilən debatda səsləndirib.

K.Teres qeyd edib ki, Gürcüstanın tənqid olunmasının səbəbi kimi tez-tez gürcü xalqının müəyyən hökuməti seçməsi göstərilir.

"2019-cu ildən bəri, mənim Avropa Parlamentində üzv olduğum dövrdən etibarən, hər dəfə Gürcüstan müzakirə olunanda ancaq ölkəni tənqid edirik. Biz tənqid edirik, çünki Gürcüstan xalqı müəyyən bir hökuməti seçib və ya bu və ya digər siyasi yolu tutur", - o deyib.

Deputat həmçinin 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi zamanı beynəlxalq ictimaiyyətin real addımlarının məhdud olduğunu xatırladıb.

"2008-ci ildə Gürcüstana hücum ediləndə harada idiniz? O vaxt bir çox parlamentlər tərəfindən qətnamələr qəbul olundu, bundan başqa nə etdik?" - Teres vurğulayıb.

O, həmkarlarını Gürcüstan hökuməti ilə dialoqu dayandırmamağa çağırıb. K.Teres bildirib ki, problemlərin həlli üçün tərəflər arasında əlaqələrin davam etdirilməsi vacibdir.

Oxşar xəbərlər

Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər