İran Hörmüz boğazını bağlamaq niyyətində deyil
İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani Tehranın Hörmüz boğazını bağlamaq niyyətində olmadığını bildirib.
"Far.Az" xəbər verir ki, bu barədə diplomat jurnalistlərə açıqlamasında deyib.
"Bizim Hörmüz boğazını bağlamaq niyyətimiz yoxdur. İranın Hörmüz boğazında sülhü və təhlükəsizliyi qorumaq üçün ayrılmaz hüququ var, bu, bizim məsuliyyətimizdir", - deyə o bildirib.
Qeyd edək ki, ABŞ Maliyyə Naziri Skott Bessent "Sky News"a verdiyi müsahibədə bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri, ehtimal ki, beynəlxalq koalisiyanın bir hissəsi olaraq, hərbi cəhətdən mümkün olduqda Hörmüz boğazından gəmiləri müşayiət edəcək.
"İnanıram ki, hərbi cəhətdən mümkün olan kimi, ABŞ Hərbi Dəniz Qüvvələri, ehtimal ki, beynəlxalq koalisiyanın bir hissəsi olaraq, gəmiləri müşayiət etməyə başlayacaq", - Bessent deyib.
O, gəmilərin müşayiət planının ABŞ-ın hava məkanına tam nəzarəti ələ keçirməsindən və İranın raket imkanlarını bərpa etmək qabiliyyəti tamamilə pozulduqdan sonra həyata keçiriləcəyini söyləyib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
4-ü diplomat olmaqla 17 Azərbaycan vətəndaşı İrandan təxliyə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər
-
PSV Kevin De Brüyne üçün transfer təklifi göndərib
-
NATO Ukraynaya ABŞ silahları almaq üçün 10 milyard dollardan çox xərcləyib
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib













