Azərbaycan Türkiyədən sement, şüşə və keramika idxalına çəkdiyi xərci 17 %-dən çox artırıb
Far.Az xəbər saytı

Azərbaycan Türkiyədən sement, şüşə və keramika idxalına çəkdiyi xərci 17 %-dən çox artırıb


Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 7,94 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib.

"Far.Az" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 17,3 % çoxdur.

Fevralda Türkiyə Azərbaycana 3,537 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 2,4 % çoxdur.

İki ayda Türkiyənin sement, şüşə, keramika və torpaq məmulatları ixracının ümumi dəyəri illik müqayisədə 2,6 % artaraq 653,987 milyon ABŞ dollarına, fevralda isə 5,2 % artaraq 337 milyon ABŞ dollarına çatıb.

Türkiyədən ən çox idxalı ABŞ 107,608 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 10,1 % çox), İtaliya 47,325 milyon ABŞ dolları (+11,9 %) və Almaniya 42,117 milyon ABŞ dolları (-4,2 %) həyata keçirib.

Oxşar xəbərlər

Azərbaycan Türkiyədən sement, şüşə və keramika idxalına çəkdiyi xərci 33 % artırıb
Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır
Azərbaycan Türkiyədən sement, şüşə və keramika idxalına çəkdiyi xərci 19 %-dən çox azaldıb
Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci 2 % artırıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər