Pakistan və Əfqanıstan arasında hərbi əməliyyatlar beş gün müddətinə dayandırılır
Far.Az xəbər saytı

Pakistan və Əfqanıstan arasında hərbi əməliyyatlar beş gün müddətinə dayandırılır


Pakistan İd əl-Fitr bayramı ilə əlaqədar olaraq Əfqanıstana qarşı hərbi əməliyyatı beş gün müddətinə dayandırır.

"Far.Az" xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Attaullah Tarar "X" sosial şəbəkəsində bildirib.

"Qarşıdan gələn İd əl-Fitr İslam bayramı ərəfəsində Pakistan hökuməti öz təşəbbüsü, eləcə də qardaş İslam ölkələri - Səudiyyə Ərəbistanı Krallığı, Qətər və Türkiyənin xahişi ilə Əfqanıstanda terrorçulara və onların dəstək infrastrukturuna qarşı davam edən "Qəzəb-lil-həqq" əməliyyatının müvəqqəti dayandırıldığını elan etmək qərarına gəlib", - bəyanatda vurğulanıb.

Həmçinin, qeyd olunub ki, bu rejim 2026-cı il martın 18-dən 19-na keçən gecə yarısından martın 23-dən 24-nə keçən gecə yarısınadək qüvvədə olacaq.

"Pakistan bu addımı vicdanla və İslam normalarına uyğun olaraq atır. Lakin hər hansı transsərhəd hücum, pilotsuz aparatların hücumu və ya Pakistan ərazisində baş verən hər hansı terror hadisəsi halında "Qəzəb-lil-həqq" əməliyyatı dərhal yeni intensivliklə bərpa olunacaq", - bəyanatda bildirilib.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər