Ukrayna və Küveyt müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər
Far.Az xəbər saytı

Ukrayna və Küveyt müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər


Ukrayna və Küveyt müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinə dair danışıqlar aparıblar.

"Far.Az" xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və onun küveytli həmkarı Cərrah Cabər əl-Əhməd əs-Sabah arasında görüş baş tutub.

"Biz Fars körfəzindəki vəziyyət və İranın hücumları da daxil olmaqla Küveytə təsir edən son hadisələri müzakirə etdik. Bununla əlaqədar olaraq mən Ukraynanın Küveyt və regiondakı digər tərəfdaşlarla həmrəyliyini, eləcə də beynəlxalq hüquqa ortaq sadiqliyimizi qeyd etdim. Biz hava hücumundan müdafiə də daxil olmaqla müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə etdik", - Sibiqa "X" sosial şəbəkəsində yazıb.

Dialoq çərçivəsində Sibiqa küveytli həmkarını Ukraynaya səfərə dəvət edib.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər