Viktor Orban: Neft tədarükü bərpa edilməsə, Ukraynaya maliyyə dəstəyi olmayacaq
Far.Az xəbər saytı

Viktor Orban: Neft tədarükü bərpa edilməsə, Ukraynaya maliyyə dəstəyi olmayacaq


Macarıstan "Drujba" neft kəməri ilə tədarüklər bərpa olunmayana qədər Ukrayna ilə bağlı heç bir qərarı dəstəkləməyəcək.

"Report"un Avropa bürosu xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Brüsseldə Aİ ölkələrinin dövlət və hökumət başçılarının sammitindən əvvəl bildirib.

Onun fikrincə, Ukrayna üçün 90 milyard avroluq kredit və Rusiyaya qarşı sanksiyalar üzrə heç bir irəliləyiş yoxdur və olmayacaq.

"Macarıstanın mövqeyi çox sadədir. Biz Ukraynanı dəstəkləməyə hazırıq. Lakin bu, onun tədarükünü əngəllədiyi neftimizi alacağımız halda mümkündür. O vaxta qədər Macarıstan Ukrayna üçün maliyyə vəsaiti ilə bağlı heç bir qərarı dəstəkləməyəcək", - o qeyd edib.

Orban deyib ki, neft Macarıstana daxil olmalıdır, "Drujba" neft kəmərini təmir etmək və yenidən işə salmaqla bağlı vədlər isə "sadəcə nağıldır".

Macarıstan lideri yalnız faktlara inandığını vurğulayaraq, başqa heç bir variantın olmadığını əlavə edib.

Oxşar xəbərlər

Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər