Növbəti köç karvanı Xanabad kəndinə çatıb, mənzillərin açarları təqdim olunub
Martın 19-da doğma yurduna yola salınan köç karvanı Xocalı rayonunun Xanabad kəndinə çatıb.
BAKU.WS xəbər verir ki, bu mərhələdə Xanabad kəndinə köçürülən 89 nəfərdən ibarət 19 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Qalereya
***12:38
Növbəti köç karvanı Xocalının Xanabad kəndinə çatıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu mərhələdə Xanabad kəndinə 19 ailənin (89 nəfər) qayıdışı təmin edilib.
Ailələri Azərbaycan Prezidentinin Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.
Qeyd edək ki, bununla da Xanabad kəndinə daimi qayıdışı təmin olunan ailələrin ümumi sayı 78-ə (346 nəfər) çatdırılıb.
***08:00
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Xocavənd şəhərinə və Xocalı rayonunun Xanabad kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
BAKU.WS xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 46 ailə -177 nəfər, Xanabad kəndinə isə 19 ailə - 89 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Oxşar xəbərlər
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Köç karvanı Xocalı rayonunun Seyidbəyli kəndinə çatıb, mənzillərin açarları təqdim edilib
Növbəti köç karvanı Ağdam şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanı Horovlu və Sos kəndinə çatıb, açarlar təqdim olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
PSV Kevin De Brüyne üçün transfer təklifi göndərib
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər













