Vergi rəsmisi: "Ekoloji vergilərin və yeni texnologiyaların tətbiqinə kompleks şəkildə baxılmalıdır"
Azərbaycanda ekoloji vergilər gündəmdədir, amma onun və yeni texnologiyaların tətbiqinə kompleks şəkildə baxılmalıdır.
“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin İqtisadiyyat və idarəetmənin tədrisi şöbəsinin rəisi İmran Qarayev Bakıda “Yeni Nəsil İqtisadiyyat: Çağırışlar və Perspektivlər” mövzusunda keçirilən “3-cü İqtisadi Əməkdaşlıq Təşkilatı Beyin Mərkəzləri Forumu”nda bildirib.
Onun sözlərinə görə, bu məsələnin həlli imperativ xarakter daşıyır: "Məsələn, Almaniyada şirkət ekoloji vergiyə cəlb edilirsə, onun digər vergilərində, xüsusən də mənfəət vergisində endirimlərə gedirlər. Bu isə yeni ekonometrik modellərin, riyazi-iqtisadi modellərin tətbiqi zərurətini yaradır. Şirkətin mikrosəviyyədə vergi yükünü sabit saxlamaq üçün digər vergi növləri arasında transformasiya necə olmalıdır? Biz bir vergini təyin ediriksə, digər vergilərdə hansı azalmalar olmalıdır, bu vacib məsələlərdən biridir".
İ.Qarayev qeyd edib ki, ekoloji vergilərin tətbiqi ilə bağlı təkliflər çox güman ki, bu ilin sonuna qədər hazır olacaq: "Bununla belə, nəzərə almaq lazımdır ki, yeni vergi tətbiq etdikdə, məhsulun maya dəyəri artır. Bu halda bazarda məhsulatələb-təklif, ümumilikdə konyektura dəyişir."
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in yeni rəhbəri kimdir?
-
Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
-
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
-
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
-
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb
-
Liqa Kuboku: "Arsenal" dördüncü divizion klubuna uduzaraq mübarizəni dayandırıb













