KİV: ABŞ İranın Xarq adasını ələ keçirmək istəyir
Far.Az xəbər saytı

KİV: ABŞ İranın Xarq adasını ələ keçirmək istəyir


ABŞ İranın Xarq adasını ələ keçirmək məqsədilə Dəniz Piyadaları Korpusu və Hərbi Dəniz Qüvvələri bölmələrinin Yaxın Şərqə yerləşdirilməsi prosesini sürətləndirib.

"Far.Az" xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin qeyd etdiyinə görə, ABŞ-ın yüksək vəzifəli rəsmiləri son günlərdə İsraildə və digər yerlərdəki həmkarlarına bildiriblər ki, Vaşinqtonun Xarq adasını ələ keçirmək üçün quru hərbi əməliyyatına başlamaqdan başqa çarəsi qalmayacaq.

Amerikalı bir rəsmi "The Jerusalem Post" qəzetinə ABŞ ordusunun minlərlə dəniz piyadası və donanma heyətinin Yaxın Şərqə yerləşdirilməsi prosesini sürətləndirdiyini təsdiqləyib.

Bundan əvvəl "Axios" ABŞ administrasiyasının İranın neft ixracının əsas mərkəzi olan Xarq adasını ələ keçirmək və ya təcrid etmək variantlarını nəzərdən keçirdiyini bildirmişdi. Portala görə, Vaşinqton İranı Hörmüz boğazını "açmağa" məcbur etməyə ümid edir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər