Aİ ABŞ-nin İranın enerji infrastrukturuna zərbələri dayandırmasını müsbət qarşılayıb
Far.Az xəbər saytı

Aİ ABŞ-nin İranın enerji infrastrukturuna zərbələri dayandırmasını müsbət qarşılayıb


ABŞ Prezidenti Donald Trampın İranın enerji infrastrukturuna hərbi zərbələrin dayandırılması barədə bəyanatı münaqişənin deeskalsiyası yolunda müsbət addımdır.

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas səfərdə olduğu Nigeriyanın paytaxtı Abucada keçirdiyi mətbuat konfransında deyib.

"Düşünürəm ki, enerji infrastrukturuna hücum etməməklə bağlı son bəyanat çox müsbət hadisədir. Hesab edirəm ki, infrastrukturun hər hansı formada hədəf alınması regionda xaosa səbəb olur və faktiki olaraq bu müharibəni daha da kəskinləşdirir", - deyə Avropa diplomatiyasının rəhbəri bildirib.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Pentaqona cari görüşlərin və müzakirələrin uğurla başa çatması şərti ilə İranın elektrik stansiyalarına və enerji infrastrukturuna istənilən hərbi zərbələri beş gün təxirə salmağı tapşırıb.

Oxşar xəbərlər

Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər