Kris Rayt: ABŞ Asiya NEZ-lərinə neft tədarük etmək niyyətindədir
İranla müharibə səbəbindən kəskin artan neft qiymətlərini aşağı salmaq üçün strateji neft ehtiyatından 172 milyon barel neft çıxaracağını vəd edən ABŞ satışa gündəlik 1-1,5 milyon bareldən başlayacaq və bu həcmi 3 milyon barelə qədər çatdıracaq.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ-nin energetika naziri Kris Raytın "CERAWeek" konfransındakı bəyanatına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Asiya bazar sarsıntılarından ən çox zərər çəkən regiondur və bu bölgədəki neft emalı zavodlarının (NEZ) tədarükünü təmin etmək ABŞ Prezidenti Donald Tramp administrasiyası üçün prioritet vəzifə olub.
"Biz Asiya neft emalı zavodlarını neftlə təmin etmək və emal sahəsindəki geriləməni minimuma endirmək istəyirik", - nazir bildirib.
O qeyd edib ki, dünya bazarında neftin qiyməti tələbatın azalmasına səbəb olacaq dərəcədə yüksəlməyib.
ABŞ-nin energetika idarəsinin rəhbəri həmçinin vurğulayıb ki, strateji neft ehtiyatından gələcəkdə əlavə neft çıxarılması ehtimalı azdır: "ABŞ-nin İranla müharibə zamanı enerji bazarlarını stabilləşdirmək üçün strateji neft ehtiyatından əlavə həcmdə neft çıxarmayacağı ehtimalı çox yüksəkdir, qiymətlərin endirilməsi üçün bir sıra digər rıçaqlar nəzərdən keçirilir", - o əlavə edib.
Nnazir NEZ-lərin səmərəliliyinin artırılması ilə yanaşı, bazara dizel yanacağı tədarükünün artırılmasını da sözügedən rıçaqlar arasında qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb













