KİV: Tehranla Vaşinqton arasında Misir və Türkiyə vasitəsilə mesaj mübadiləsi olub
İranla ABŞ gərginliyi azaltmaq üçün Misir və Türkiyə vasitəsilə mesaj mübadiləsi aparıblar.
"Report" xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı yüksək rütbəli İran rəsmisinə istinadən məlumat yayıb.
O dəqiqləşdirib ki, Vaşinqton kompensasiyaların ödənilməsi və İran tərəfinə qarşı "təcavüzün etiraf edilməsi" ilə bağlı Tehranın əsas şərtlərini yerinə yetirməkdən imtina edir. Mənbənin iddiasına görə, ABŞ Prezidenti Donald Trampın danışıqların şərtlərini və müddətlərini müəyyən etmək hüququ yoxdur.
"ABŞ tərəfindən hər hansı düşüncəsiz hərəkətlərin gözləntisi ilə Hörmüz boğazının bağlanması və minaların quraşdırılması məsələsi açıq qalır", - o bildirib.
Daha əvvəl Tramp bildirib ki, Vaşinqton və Tehran son iki gün ərzində hərbi əməliyyatların dayandırılması barədə "çox yaxşı və məhsuldar danışıqlar" aparıblar. Onun sözlərinə görə, tərəflərin danışıqları həftə ərzində davam edəcək.
Oxşar xəbərlər
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb













