Livan İran səfirini ölkədən çıxarır
Far.Az xəbər saytı

Livan İran səfirini ölkədən çıxarır


Livan hökuməti İranın Beyrutdakı səfiri Məhəmməd Rza Şeybanini ölkədən çıxarmaq qərarına gəlib və martın 29-dək ölkəni tərk etməsi zərurəti barədə onu məlumatlandırıb.

"Far.Az" xəbər verir ki, bu barədə "Ynet" portalı Livan Xarici İşlər Nazirliyinin (XIN) rəsmi bəyanatına istinadən məlumat yayıb.

Portal qeyd edir ki, bununla paralel olaraq, XİN Livanın İrandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

Bu qərar İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) faktiki olaraq Livan ərazisindəki əməliyyatlara rəhbərlik etməkdə və Livan hökumətinin razılığı olmadan ölkəni dağıdıcı müharibəyə cəlb etməkdə günahlandıran Livanın Baş naziri Nəvaf Salamın kəskin tənqidinin ardınca qəbul edilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər