Zelenski: Rusiya bir gündə Ukraynaya zərbələr zamanı 550-dən çox drondan istifadə edib
Rusiya qoşunları bir gündə müxtəlif növ, 550-dən çox drondan istifadə edərək Ukrayna ərazisinə kütləvi hücumlar həyata keçirib.
"Report"un məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə özünün teleqram kanalında yazıb.
"Rusiya demək olar, bütün gün ərzində Ukraynanı "şahedlər"lə vurur. Dünən gecə kütləvi zərbə endirilib: həm raketlər, həm də "şahedlər". Bir gündə 550-dən çox müxtəlif növ drondan istifadə edilib ki, bunların da əhəmiyyətli hissəsi "şahedlər" olub.
Bu zərbənin coğrafiyası çox genişdir. Əksər dronlar - əlbəttə 500-dən çox - vurulsa da, təəssüf ki, Lvov, İvano-Frankovsk, Ternopol, Vinnitsa, Jitomir, eləcə də Xmelnitski vilayəti, Rovnenşin, Xarkov vilayəti və Dneprovşinə zərbələr endirilib. Təəssüf ki, ölənlər var. Ailələrə və yaxınlarına başsağlığı verirəm. Aralarında beş uşaq da daxil olmaqla 40-dan çox insanın yaralandığı məlumdur. Onların hamısına zəruri yardım göstərilir", - o qeyd edib.
Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri Ukraynanın enerji obyektlərini hədəf seçməyə davam edir, lakin Lvovun tarixi mərkəzi, Müqəddəs Andrey kilsəsi, doğum evi və yaşayış binaları da daxil olmaqla mülki infrastruktur obyektlərinə zərbələr endirilir.
"Bu hücumun miqyası Rusiyanın müharibəni həqiqətən bitirmək niyyətində olmadığını açıq şəkildə göstərir. Rusiyaya əlavə və əhəmiyyətli təzyiq olmadan, əhəmiyyətli itkiləri olmadan, Moskvada müharibəni bitirmək istəməyəcəklər", - Zelenski Rusiyanın dərinliklərinə zərbələrin endirilməsina toxunaraq qeyd edib.
Oxşar xəbərlər
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi













