Ukraynalı deputat: Ölkə bütün ssenarilərə hazır olmalıdır
Ukrayna müharibənin daha üç il davam edə biləcəyi ilə bağlı bütün ssenarilərə hazır olmalıdır və təklif olunan proqram bunun vacibliyini göstərir.
Bunu "Far.Az"un Şərqi Avropa bürosuna Ukrayna Ali Radasının deputatı Oleksiy Qonçarenko ölkə parlamentinin Prezident Volodimir Zelenskinin təklifi ilə hazırladığı yeni proqramdan danışarkən deyib.
Onun sözlərinə görə, bu formula hamıya məlumdur və başqa formula yoxdur:
"Ona görə də, əlbəttə, hazır olmaq lazımdır. Lakin eyni zamanda Ukrayna mümkün qədər tez sülh istəyir və biz döyüş əməliyyatlarının başa çatmasını istəyirik. Təəssüf ki, Rusiya açıq şəkildə döyüş əməliyyatlarının başa çatmasını istəmir. Deməli, biz istənilən ssenariyə hazır olmalıyıq".
Deputat qeyd edib ki, müharibənin Şərqi Avropada genişlənməsi təhlükəsini və Rusiyanın Baltik ölkələrinə və ya Polşaya təhdidlərini görürlər:
"Düşünürəm ki, bu ölkələrin hadisələrin gedişatı nəticəsində müharibəyə cəlb olunması tamamilə istisna deyil. Biz özümüz görürük ki, artıq Baltik ölkələrinin ərazisinə pilotsuz uçuş aparatları düşür. Bu, əvvəllər Polşada, Rumıniyada olub, Moldova da əziyyət çəkir. Münaqişə genişlənir".
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində "Neft bumu hamıya gülümsəyir" festivalının açılışı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək













