Əraqçi: Amerikalıların davranışları ilə sözlərində ziddiyyət var
Far.Az xəbər saytı

Əraqçi: Amerikalıların davranışları ilə sözlərində ziddiyyət var


Təcavüzün davam etdiyi, regiona hərbi qüvvə və texnika göndərildiyi bir vaxtda danışıqlar aparmaq istəyi amerikalıların davranışları ilə sözlərindəki ziddiyyətin göstəricisidir.

"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidanla baş tutan telefon danışığı zamanı deyib.

Bildirilib ki, telefon danışığında regiondakı proseslər, habelə ABŞ və İsrailin İrana qarşı davam edən hərbi əməliyyatların nəticələri barədə fikir mübadiləsi aparılıb.

Hakan Fidan bəzi region ölkələri ilə məsləhətləşmələrinin davam etdiyinə toxunaraq Türkiyənin müharibənin dayandırılmasına kömək etmək üçün səylərini davam etdirəcəyini vurğulayıb.

Daha əvvəl Tramp tərəflərin münaqişənin sülh yolu ilə nizamlanması üzrə davam edən təmaslarına baxmayaraq, ABŞ-nin İrana zərbələr endirməyə davam edəcəyini açıqlayıb.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başlatmasından qısa müddət sonra İsrail Müdafiə Qüvvələri ilə "Hizbullah" arasında silahlı qarşıdurma yenidən başladı. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər