Arvinder Bahal: "Xankəndi və Şuşada aparılan tikinti işlərinin sürəti heyrət doğurur"
"Qarabağda tikinti işlərinin miqyası və yol infrastrukturunun səviyyəsi regionun çiçəklənməsindən xəbər verir".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Report"un Şuşaya ezam olunmuş müxbirinə işğaldan azad olunmuş ərazilərə beynəlxalq səyyahlar qrupunun tərkibində səfər edən ABŞ-dən olan hindəsilli səyyah Arvinder Bahal bildirib.
"Mən dünyanın bütün ölkələrində olmuşam və Azərbaycan mənim ən sevdiyim ölkələrdən biridir. Bu, sizin ölkənizə dördüncü səfərimdir, lakin Qarabağa ilk gəlişimdir. İşğaldan azad olandan sonra burada görülən işlər inanılmaz dərəcədə təsirləndiricidir. Azərbaycanlılar burada yaratdıqları ilə haqlı olaraq fəxr edə bilərlər", - o qeyd edib.
Səfər təəssüratlarını bölüşən səyyah Ağdamı xüsusi vurğulayıb:
"Ağdamdakı məscidi ziyarət etmək çox emosional bir an idi. Həm şəhərin bərpası, həm də bütövlükdə onun inkişaf templəri təsirləndiricidir. Xankəndi və Şuşada aparılan tikinti işlərinin sürəti heyrət doğurur".
Bahal əlavə edib ki, bir neçə ildən sonra regiona qayıtmağı planlaşdırır: "Əminəm ki, beş ildən sonra bu diyar daha da çiçəklənəcək. İnşa etdiyiniz bu cür yollar və binalarla regionun gələcəyi, həqiqətən də çox ümidverici görünür".
Oxşar xəbərlər
Beynəlxalq səyyahlar Şuşadadılar
Arvinder Bahal: Xankəndi və Şuşada aparılan tikinti işlərinin sürəti heyrət doğurur
Beynəlxalq səyyahlar Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər
İşğaldan azad edilən ərazilərə daha 80 ailə köçürülüb
Beynəlxalq səyyahlar Ağdam şəhərinə gəliblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi müzakirə olunub













