Nyu-Yorkda Maduronun işi üzrə ikinci məhkəmə prosesi başlayıb
Far.Az xəbər saytı

Nyu-Yorkda Maduronun işi üzrə ikinci məhkəmə prosesi başlayıb


Nyu-Yorkun Federal Məhkəməsində hakim Elvin Hellerstaynın sədrliyi ilə Venesuelanın sabiq prezidenti Nikolas Maduronun işi üzrə ikinci məhkəmə iclası keçirilir.

"Far.Az" CNN-ə istinadən xəbər verir ki, hakim sözü Maduronun vəkili Barri Pollaka verib, o isə hüquqi xidmətlərin ödənilməsi məsələsi ilə bağlı müdafiə tərəfinin mövqeyini açıqlayıb.

"Təqsirləndirilən şəxslər sadəcə səriştəli vəkilə deyil, həm də öz seçdikləri vəkilə malik olmaq və bunun üçün qanuni vəsaitlərdən istifadə etmək hüququna malikdirlər. Onların müdafiə xərclərini ödəmək üçün öz vəsaitlərindən istifadə etmək kimi mütləq hüquqları var", - Pollak bildirib.

Onun sözlərinə görə, Maduro və onun həyat yoldaşı hüquqi xidmətlərin haqqını müstəqil şəkildə ödəyə bilmədiklərini bildirib və Venesuela hökumətinin onların müdafiəsini maliyyələşdirmək hüququnda təkid edirlər.

ABŞ Prezidenti Donald Tramp bu gün bildirib ki, Maduroya qarşı "başqa işlər də açılacaq".

Oxşar xəbərlər

Nyu-Yorkun "Times" meydanında Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir
Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda sərgidə iştirak ediblər
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Maduro işi üzrə növbəti məhkəmə iclası martın 17-si keçiriləcək - YENİLƏNİB-3
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər