Mahaçqalada su basmış evlərdən 80-dən çox adam təxliyə edilib, fövqəladə vəziyyət rejimi elan olunub
Far.Az xəbər saytı

Mahaçqalada su basmış evlərdən 80-dən çox adam təxliyə edilib, fövqəladə vəziyyət rejimi elan olunub


Yağışlar səbəbindən Mahaçqalada su basmış fərdi evlərdən 80-dən çox adam təxliyə edilib.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dağıstan üzrə Baş İdarəsindən məlumat verilib.

"Zarеçnaya küçəsində su kanalının tutulması nəticəsində yağış sularının səviyyəsi artıb. 20-yə yaxın fərdi yaşayış evi su altında qalıb, suyun səviyyəsi bəzi yerlərdə 1,5 metrə çatıb. Rusiya FHN əməkdaşları tərəfindən zibilin təmizlənməsindən sonra suyun səviyyəsinin enməsi müşahidə olunur. 83 nəfər, o cümlədən üç uşaq təxliyə, dörd nəfər xilas edilib" – məlumatda deyilir.

Bundan başqa, Perova küçəsində yağış suyunun yığılması səbəbindən beş ev və təxminən altı avtomobil su altında qalıb. Hazırda xilasedicilər əhalinin təxliyəsini həyata keçirirlər.

Daha əvvəl Mahəçqala administrasiyasından verilən məlumata görə, şəhərdə fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Oxşar xəbərlər

FHN: Bakı, Sumqayıt və Abşeronda su basmış ərazilərdən 42 nəfər təxliyə edilib
FHN: Bakı, Sumqayıt və Abşeronda su basmış ərazilərdən insanlar təxliyə edilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Bakı, Sumqayıt və Abşeronda su basmış ərazilərdən 42 nəfər təxliyə edilib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər