Makron Bərzaniyə zəng edərək dəstəyini bildirib
Far.Az xəbər saytı

Makron Bərzaniyə zəng edərək dəstəyini bildirib


Fransa Prezidenti Emmanuel Makron İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə Dəhükdəki iqamətgahına edilən hücumdan sonra telefon danışığı aparıb.

"Report" xəbər verir ki, bu barədə Fransa lideri "X" sosial media səhifəsində yazıb.

Söhbət zamanı o, bu səhər iqamətgahına edilən hücumdan sonra Bərzaniyə dəstəyini bildirib. Makron hadisəni qəbuledilməz adlandırıb və bunun İraq dövlət qurumlarına artan hücumlar fonunda baş verdiyini vurğulayıb.

Fransa Prezidenti həmçinin son hücumda altı peşmərgənin ölümü ilə bağlı başsağlığı verib.

O qeyd edib ki, İraqın suverenliyi, o cümlədən onun daxilindəki Kürdüstan Regionu, regionda sabitliyin təmin edilməsi üçün vacibdir. Makron bildirib ki, İraqın hazırkı eskalasiyaya qarışmasının qarşısını almaq üçün mümkün olan hər şey edilməlidir. Fransa lideri əlavə edib ki, Fransa İraqdakı tərəfdaşlarını dəstəkləməyə davam edəcək.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər