İslamabadda İran böhranı ilə bağlı danışıqlar başlayır
Far.Az xəbər saytı

İslamabadda İran böhranı ilə bağlı danışıqlar başlayır


İslamabadda Pakistan, Türkiyə və bir sıra digər ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə Yaxın Şərqdə gərginliyin azaldılması və İran ətrafındakı vəziyyətə dair iki günlük danışıqlar başlayır.

"Far.Az" Pakistan XİN-in məlumatına istinadən xəbər verir ki, qurumun rəhbəri Məhəmməd İshaq Dar və türkiyəli həmkarı Hakan Fidan regional proseslər də daxil olmaqla, qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə ikitərəfli məsləhətləşmələr aparacaqlar.

İslamabaddakı danışıqlarda həmçinin Səudiyyə Ərəbistanı və Misirin XİN rəhbərləri Feysəl bin Fərhan Əl Səud və Bədr Abdel Ati iştirak edirlər. Onların həmçinin Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşü planlaşdırılır.

"Səfər Pakistanın bu ölkələrlə qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əməkdaşlığını və koordinasiyasını daha da gücləndirməyə imkan verəcək", - daha əvvəl İshaq Dar bildirib.

Qeyd edək ki, son vaxtlar Pakistan İran və ABŞ arasında fəal şəkildə vasitəçilik edir.

Oxşar xəbərlər

İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər