Son sutkada Rusiyanın zərbələri nəticəsində Ukraynada altı nəfər həlak olub
Sutka ərzində Rusiyanın Ukraynanın bir neçə rayonuna hücumları zamanı altı nəfər həlak olub, onlarla insan yaralanıb.
"Far.Az" Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, Donetsk vilayətinin Kramatorsk şəhərində çoxmərtəbəli binaya aviabombanın düşməsi nəticəsində biri yeniyetmə olmaqla, üç nəfər həlak olub, daha yeddi nəfər xəsarət alıb.
Zaporojyeyə zərbə zamanı bir nəfər həlak olub, daha iki nəfər yaralanıb. Zareçnoye qəsəbəsində fərdi ev və qeyri-yaşayış binası dağılıb, yanğın baş verib.
Xersonun Korabelnı rayonunda Rusiya pilotsuz uçuş aparatının zərbəsi bir qadının həyatına son qoyub, bir kişi isə ağır yaralanıb.
Nikolayev rayonunun Voskresensk icmasında hücum və pilotsuz uçuş aparatlarının qalıqlarının düşməsi nəticəsində 13 yaşlı qız həlak olub, yeddisi 10-16 yaşlı yeniyetmə olmaqla, 9 nəfər xəsarət alıb. Bütün xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Xarkovun Xolodnoqorsk rayonuna pilotsuz uçuş aparatlarının endirdiyi zərbələr zamanı iki nəfər xəsarət alıb.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Son sutkada bir İtaliya, 17 Azərbaycan vətəndaşı İrandan təxliyə edilib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8













