Serbiyada intensiv yağışlar daşqınlara səbəb olub
Serbiyada intensiv yağışlar Şumadiya, Maçva və Zlatibor inzibati dairələrində lokal xarakterli daşqınlara səbəb olub.
"Far.Az"un Balkan bürosu xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin (DİN) Fövqəladə Hallar Sektorunun əməkdaşları son 24 saat ərzində sözügedən ərazilərdə daşqınların fəsadlarının aradan qaldırılması istiqamətində fəaliyyət göstəriblər.
Məlumata görə, intensiv yağıntılar səbəbindən suyun səviyyəsinin yüksəlməsi nəticəsində ölkənin bəzi bölgələrində daşqınlarla yanaşı, elektrik enerjisinin təchizatında qısamüddətli fasilələr də qeydə alınıb.
Müvafiq qurumlar yaranan problemlərin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirirlər.
Fövqəladə xidmətlər sektorunun əməkdaşları, eyni zamanda, Kraquyevats, Şabats və Uyitse şəhərlərində aşmış ağacların yollardan kənarlaşdırılması, həmçinin Çaçak və Valyevo şəhərlərində daşmış suyun çəkilməsi istiqamətində tədbirlər həyata keçiriblər.
Daxili İşlər Nazirliyi vətəndaşları rəsmi məlumatları izləməyə və zərurət yarandığı halda 193 telefon nömrəsi vasitəsilə müvafiq xidmətlərə müraciət etməyə çağırıb.
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyi Bakı Sağlamlıq Mərkəzində təlim keçirib
Bərbad vəziyyətə düşən yollardan ŞİKAYƏT
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8













