Əfqanıstanda daşqınlar nəticəsində 17 nəfər ölüb
Əfqanıstanın bir neçə bölgəsində baş verən şiddətli daşqınlar və torpaq sürüşmələri 17 nəfərin həyatına son qoyub.
"Far.Az"un "The Associated Press"ə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsinin mətbuat katibi Yusuf Hammad bildirib.
Həmçinin qeyd olunur ki, əlverişsiz hava şəraitinin fəsadları nəticəsində 26 nəfər yaralanıb. Axtarış-xilasetmə əməliyyatları davam edir və ölənlərin sayı arta bilər.
Fəlakətin nəticələri Əfqanıstanın 34 əyalətindən 13-nə, əsasən qərb, mərkəzi və şimal-qərb ərazilərinə təsir edib.
"Şiddətli hava şəraiti həmçinin 147 evin tamamilə və ya qismən, 80 kilometr (təxminən 50 mil) yolun dağılmasına səbəb olub, əkin sahələrinə, suvarma kanallarına və müəssisələrə ziyan vurub", - Hammad deyib.
Meteoroloji proqnozlara görə, güclü yağışlar davam edəcək, ölkənin şərq və mərkəzi ərazilərində də daşqınlar mümkündür.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Dağlıq ərazidə axtarış-xilasetmə ilə bağlı təlim keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bu ölkədə seldən ölənlərin sayı 64-ə yüksəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8













