Yaponiya Çin səfirliyindəki insidentdən sonra diplomatik missiyanın təhlükəsizliyini gücləndirəcək
Yaponiyanın Baş Polis İdarəsi Çinin Tokiodakı səfirliyinə qanunsuz müdaxilədən sonra diplomatik missiyanın təhlükəsizliyinin gücləndirilməsi məsələsini müzakirə etmək üçün təcili iclas keçirib.
Bu barədə "Far.Az" "Kyodo" agentliyinə istinadən xəbər verir.
Toplantıda xarici diplomatik missiyaların yerləşdiyi 12 prefekturanın nümayəndələri iştirak edib. İclasın yekununa əsasən polis mövcud təhlükəsizlik tədbirlərini nəzərdən keçirmək və onları əhəmiyyətli dərəcədə gücləndirmək niyyətindədir.
Çin səfirliyində baş verən hadisə tamamilə qəbuledilməz kimi qiymətləndirilib.
Qeyd olunur ki, martın 24-də Yaponiya Silahlı Qüvvələrinin 23 yaşlı leytenantı diplomatik missiyaya soxulub. O, saxlanılıb və gizləndiyi yerdə aparılan axtarış zamanı bir gün əvvəl aldığı bıçaq aşkar edilib.
Müstəntiqlərin sözlərinə görə, hərbçi Çin səfirindən Yaponiyaya qarşı sərt açıqlamalarını dayandırmasını tələb etmək niyyətində olub, həmçinin onun qarşısında intihar etməyi planlaşdırıb.
Çinin Xarici İşlər Nazirliyi Tokioya sərt mesaj göndərib və Çin vətəndaşlarına Yaponiyaya səyahətdən çəkinməyi tövsiyə edib.
Oxşar xəbərlər
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?
-
PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb













