Avropa Komissiyası Avropa və Ukrayna üçün müdafiə sahəsində 1,5 milyard avroluq proqramı təsdiqləyib
Far.Az xəbər saytı

Avropa Komissiyası Avropa və Ukrayna üçün müdafiə sahəsində 1,5 milyard avroluq proqramı təsdiqləyib


Avropa Komissiyası Avropa Hərbi-Sənaye Proqramı (EDIP) çərçivəsində Ukrayna üçün 1,5 milyard avro məbləğində hərbi investisiya proqramını qəbul edib.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu Brüsseldə jurnalistlərə Avropa Komissiyasının rəsmi nümayəndəsi Toma Renye bildirib.

Proqramın həyata keçirilməsinə martın 31-dən başlanmalıdır.

Bəyanatda vurğulanır ki, pilotsuz uçuş aparatlarına qarşı mübarizə sistemləri, raket və döyüş sursatlarının alınmasına 700 milyon avro ayrılacaq, Ukraynanın hərbi sənayesinin inkişafına və modernləşdirilməsinə 260 milyon avro yönəldiləcək.

Bundan başqa, ümumi məbləğdən Avropa İttifaqının ümumi maraq doğuran müdafiə layihələri (EDPCI) üçün genişmiqyaslı birgə sənaye təşəbbüslərinin başladılması və həyata keçirilməsinə 325 milyon avro ayrılacaq. Bu layihələrin Aİ-nin daha geniş hissəsi üçün faydalı olacağı nəzərdə tutulur, eləcə də Norveç və Ukrayna üçün də açıqdır.

"Parçalanmanı azaltmaq və səmərəliliyi artırmaq üçün EDIP üzv dövlətlər və Norveç tərəfindən müdafiə avadanlıqlarının birgə satın alınmasına, o cümlədən dronlara qarşı mübarizə sistemləri, hava hücumundan və raketdən müdafiə sistemləri, eləcə də quru və hərbi-dəniz döyüş sistemlərinə 240 milyon avro ayıracaq. Müdafiə sahəsində startaplar, o cümlədən kiçik və orta müəssisələr, eləcə də orta şirkətlər FAST fondu (Müdafiə sahəsində tədarük zəncirlərinin sürətləndirilmiş transformasiyası Fondu) vasitəsilə 100 milyon avro alacaq", - AK-nın bəyanatında deyilir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər