Aİ Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha təsdiqləyib
Bir sıra Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri 2022-ci ilin fevralında müharibənin başlanmasından bəri Rusiyanın Ukraynaya qarşı törətdiyi hərbi və digər cinayətlərə görə tam məsuliyyətin təmin edilməsinə sadiq qaldıqlarını vurğulayıblar.
"Far.Az"un Avropa bürosu xəbər verir ki, müvafiq birgə bəyanatı Kiyev və Buçada xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün yekunları üzrə Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya Respublikası, Kipr, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İrlandiya, İtaliya, Latviya, Litva, Lüksemburq, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, Ukrayna nümayəndələri və Avropa diplomatiyasının rəhbəri Kaya Kallas qəbul ediblər.
"Biz Ukraynaya qarşı təcavüz üzrə Xüsusi tribunalın və Ukrayna üçün iddialar üzrə Beynəlxalq komissiyanın yaradılması ilə bağlı Aİ-nin dəstəyi ilə Avropa Şurası çərçivəsində əldə edilmiş son irəliləyişi alqışlayırıq. Həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin Ukraynadakı vəziyyətlə bağlı araşdırmalarına dəstəyimizi ifadə edirik və bütün iştirakçı dövlətləri tam əməkdaşlığa çağırırıq", - bəyanatda qeyd olunub.
Nazirlər vurğulayıblar ki, onlar 2022-ci ildə Buçada ölənlərin xatirəsini yad etmək üçün Ukraynaya gəliblər:
"Rusiyanın təcavüzkar müharibəsinin beşinci ilində biz Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin və beynəlxalq hüququn məqsəd və prinsiplərinə uyğun olaraq beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəyişməz və qəti dəstəyimizi bir daha bəyan edirik".
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?
-
Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi













