Zelenski: Sabah Ukrayna və ABŞ arasında videodanışıqlar keçiriləcək
Far.Az xəbər saytı

Zelenski: Sabah Ukrayna və ABŞ arasında videodanışıqlar keçiriləcək


Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ tərəfi ilə aprelin 1-nə planlaşdırılan danışıqlar barədə məlumat verib.

"Far.Az" "UNİAN"a istinadən xəbər verir ki, danışıqlarda ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və NATO-nun Baş katibi Mark Rütte iştirak edəcəklər.

"Sabah videoformatda ABŞ tərəfi ilə danışıqlar planlaşdırılır. Mən qoşulacağam, dəvət almışam. Bu barədə bu gecə NATO-nun Baş katibi Mark Rütte ilə danışdım. Biz razılaşdıq ki, o, mən, Uitkoff, Cared Kuşner, senator Lindsi Qrem və digərləri hansı mərhələdə olduğumuzu və üçtərəfli razılaşmalara, heç olmasa üçtərəfli görüşə nə qədər yaxın olduğumuzu müzakirə edək", - o bildirib.

Zelenski əlavə edib ki, hazırda Türkiyədə olan Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov da danışıqlara qoşulacaq.

Oxşar xəbərlər

İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Azərbaycanın tibb işçiləri NATO-nun təlimində iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Zelenski: Umerov bu gün Uitkoff və Kuşner ilə danışıqlar aparacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər