"Hizbullah" İsrailin şimalına 50-dən çox raket və dron buraxıb
"Hizbullah" döyüşçüləri İsrail Müdafiə Qüvvələrinin (İMQ) mövqelərinə və Yuxarı, Aşağı və Qərbi Qalileydəki yaşayış məntəqələrinə 50-dən çox raket və pilotsuz uçuş aparatı buraxıb.
"Report" xəbər verir ki, bu barədə hərəkatın "Telegram" kanalındakı bəyanatında deyilir.
"Müqavimət qüvvələri dinc əhalinin bombardman edilməsinə, insanların köçürülməsinə və evlərin sökülməsinə cavab olaraq Livanın və onun xalqının müdafiəsi üçün "Xeybər - 2" əməliyyatının başladığını elan edir", - məlumatda bildirilib.
Qeyd olunub ki, "Hizbullah" dəstələri İsrailin şimal sahilindəki hərbi bazaya, Hayfadan cənub-şərqdə yerləşən hərbi obyektlərə hücum edib. Həmçinin bir sıra yaşayış məntəqələri də atəşə tutulub.
Daha əvvəl İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, Livanda əməliyyat başa çatdıqdan sonra sərhədyanı ərazilərdə Litani çayına qədər bufer zona yaradılacaq. Potensial təhlükələri aradan qaldırmaq üçün İsrail sərhədinə bitişik kəndlərdəki evlər söküləcək.
Oxşar xəbərlər
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?
-
Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi













