İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
İsrail Müdafiə Nazirliyi Fransa ilə silah ticarətini dayandırıldığını təsdiqləyib.
"Report" xəbər verir ki, daha əvvəl bu məlumatı "The Jerusalem Post" nəşri yaymışdı.
"İsrail Parisin düşmən mövqeyini əsas gətirərək Fransa ilə müdafiə sahəsində ticarəti dayandırır", - məqalədə qeyd olunub.
Nəşrin məlumatına görə, müdafiə naziri İsrael Kats və nazirliyin baş direktoru Əmir Baram ticarətin dayandırılması barədə rəsmi göstəriş veriblər. Baş nazir Benyamin Netanyahu üçün prioritet olmasaydı, belə vacib qərar qəbul edilə bilməzdi.
Qəzet xatırladıb ki, Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsindən sonrakı yeni təhdidlərə cavab olaraq Avropada İsrailin hava hücumundan müdafiə sistemlərinə və İsrail istehsalçılarının digər müdafiə sistemlərinə tələbat kəskin şəkildə artıb.
Qeyd olunub ki, İsrail və Fransa arasında əsas fikir ayrılığı mövzularından biri Parisin Qəzzadakı müharibəni mümkün qədər tez bitirmək istəyi olub. Bundan əlavə, Fransa 2025-ci ilin sentyabrında Fələstin dövlətini tanıyan ölkələr qrupuna başçılıq edib ki, bunu da Təl-Əvivdə müharibənin davam etdirilməsinə görə "cəza" kimi qiymətləndiriblər.
Bundan başqa, Fransanın xarici işlər naziri Jan-Noel Barro bu günlərdə bildirib ki, Paris ABŞ və İsrailin İrandakı hərbi əməliyyatına qarşıdır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.05.2026)
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
"Gənclik"dəki tuneldə dəhşətli QƏZA - sürücü ağır xəsarət alıb
-
Azərbaycanda 4 ayda sığortaedənlərin sayı 2,2 milyondan çox olub













