Kir Starmer Trampın bəyanatları fonunda NATO-ya sadiqliyini təsdiqləyib
Böyük Britaniyanın Baş naziri Kir Starmer xarici təzyiqlərə və siyasi bəyanatlara baxmayaraq, yalnız ölkənin milli maraqları çərçivəsində hərəkət edəcəyini bildirib.
"Far.Az" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın ölkənin NATO-dan çıxa biləcəyi barədə fikirlərini şərh edən Starmer bu təşkilatın dünyanın ən effektiv hərbi ittifaqı olaraq qaldığını və onilliklərlə iştirakçılarının təhlükəsizliyini təmin etdiyini vurğulayıb.
"Birincisi, NATO dünyada indiyə qədər mövcud olmuş ən effektiv hərbi alyansdır, o, onilliklər boyu təhlükəsizliyimizi təmin edib və biz NATO-ya tam sadiqik", - o deyib.
Britaniya hökumətinin rəhbəri əlavə edib ki, göstərilən təzyiqlərə və bütün səs-küyə baxmayaraq, o, Böyük Britaniyanın milli maraqlarına əsaslanaraq qərarlar qəbul edəcək.
Bununla yanaşı, o əlavə edib ki, Böyük Britaniya Yaxın Şərqdəki münaqişəyə cəlb olunmayacaq:
"Məhz buna görə də mən tam aydın şəkildə bildirdim ki, bu, bizim müharibəmiz deyil və biz ona qarışmaq niyyətində deyilik".
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkənin NATO-dan çıxması imkanını ciddi şəkildə nəzərdən keçirdiyini bəyan edib. O, öz qərarını NATO-nun İsrail və ABŞ-nin İrana qarşı əməliyyatına qoşulmaması ilə izah edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?
-
Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi













