Mövsümi allergiya ilə soyuqdəyməni necə ayırd etməliyik?
Far.Az xəbər saytı

Mövsümi allergiya ilə soyuqdəyməni necə ayırd etməliyik?


Burun axması, asqırma və halsızlıq həm allergiya, həm də soyuqdəymə zamanı ortaya çıxır. Lakin səbəbləri fərqlidir: allergiya immun sisteminin reaksiyası, soyuqdəymə isə virus infeksiyasıdır.

Far.Az xəbər verir ki, əsas fərq simptomların xarakterindədir. Allergiya zamanı burun axıntısı şəffaf olur, asqırma tez-tez təkrarlanır, burun və gözlərdə qaşınma müşahidə edilir. Soyuqdəymədə isə əlamətlər tədricən güclənir, selik qalınlaşır, öskürək və boğaz ağrısı daha çox olur.

Müddət də fərqləndirici amildir: soyuqdəymə adətən 7–10 günə keçir, allergiya isə allergenlə təmas davam etdikcə uzanır.

Mütəxəssislər allergiya ilə mübarizədə allergendən uzaq durmağın əsas şərt olduğunu vurğulayırlar. Tövsiyələrə havatəmizləyicilərdən istifadə, küçədən sonra burunun yuyulması, küləkli havalarda çölə çıxmamaq və evdə nəm təmizliyin artırılması daxildir. Zəruri hallarda isə antihistamin preparatlar təyin olunur.

Həkimlər oxşar simptomlar müşahidə edildikdə özbaşına müalicədən çəkinməyi və mütləq mütəxəssisə müraciət etməyi tövsiyə edirlər.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər