SEPAH: Hörmüz boğazında İsraillə əlaqəli tanker vurulub
Far.Az xəbər saytı

SEPAH: Hörmüz boğazında İsraillə əlaqəli tanker vurulub


İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında neft tankerini vurduğunu bildirib.

"Report" xəbər verir ki, bu barədə SEPAH sosial şəbəkələrdəki rəsmi səhifəsində məlumat yayıb.

"SEPAH-ın raket zərbəsi nəticəsində "Aqua 1" adlı neft tankeri vurulub", - məlumatda qeyd edilib.

Korpusdan əlavə ediblər ki, İsraillə əlaqəli tanker alova bürünüb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Oxşar xəbərlər

Azərbaycanın bir diplomatı və üç Çin vətəndaşı İrandan təxliyə olunub - YENİLƏNİB-3
Azərbaycanın bir diplomatı və üç Çin vətəndaşı İrandan təxliyə olunub
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib
İrandan 60 nəfər Azərbaycana təxliyə edilib – YENİLƏNİB-2
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər