Media: Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə İranla mümkün atəşkəsi müzakirə edib
Far.Az xəbər saytı

Media: Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə İranla mümkün atəşkəsi müzakirə edib


ABŞ Prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl-Səud dünənki telefon danışığı zamanı İranla mümkün atəşkəsi müzakirə ediblər.

"Far.Az" xəbər verir ki, bu barədə "Axios" nəşrinin jurnalisti Barak Ravid "X" sosial şəbəkəsində məlumat yayıb.

"Söhbət zamanı onlar İranla müharibəni, eləcə də mümkün atəşkəsi müzakirə ediblər. Bu barədə detallarla tanış olan iki mənbə məlumat verib", - o yazıb.

ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Daha əvvəl Tramp bildirib ki, İran hakimiyyəti atəşkəs xahişi ilə ABŞ-yə müraciət edib.

Oxşar xəbərlər

İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Azərbaycanın bir diplomatı və üç Çin vətəndaşı İrandan təxliyə olunub - YENİLƏNİB-3
Azərbaycanın bir diplomatı və üç Çin vətəndaşı İrandan təxliyə olunub
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər